Analitika

01 January
2

Tibbi sığortanın olması xəstələrin sayını 40% azaldır - ARAŞDIRMA

Tibbi sığortanın tətbiq olunması il ərzində xəstəlik səbəbindən işə çıxmayan işçilərin sayını orta hesabla 40% azaldır. Bu, “NGS” sığorta şirkətinin analitik mərkəzi tərəfindən aparılan araşdırmalarda məlum olub. Araşdırma “Ukrayna dəmir yolları”nın tibbi sığortalı işçilərinin 10 il ərzində xəstəlik tarixçələri barədə məlumatları əsasında aparılıb.
“NGS” sığorta şirkətinin mütəxəssisləri bildirir ki, xəstələnmələr ona görə azalır ki, tibbi sığorta zamanı işçilərə müfəttiş-həkimlər nəzarət edir, üstəlik sığorta çərçivəsində işçilər tez-tez tibbi baxışdan keçirilirlər.
Sığortaçıların sözlərinə görə, xəstəxanaya tibbi sığorta polisi ilə gələn xəstə üçün müayinə və müalicənin gecikdirilməsi kimi “ölü vaxtlar” olmur. Bundan başqa, xəstəyə təkrar və oxşar müayinə və dərmanların yazılması da baş vermir: "Sığorta polisinin tətbiqi ağır vəziyyətdə olan xəstənin birbaşa lazımi xəstəxanaya yerləşdirilməsinə və elə yoldaca müalicəyə başlamağa imkan verir”.
Araşdırmalar göstərib ki, tibbi sığortanın olması nəticəsində dəmir yollarında ağır xəstəliklərin (miokard infarktı, insult) sayı 44%, tənəffüs orqanları xəstəliklərin sayı 32%, sinir sistemi xəstəliklərinin sayı 23%, yeni törəyən xəstəliklərin sayı isə 12% aşağı düşüb. Digər xəstəliklər də hər 1000 nəfər sığortalıya nisbətdə 40%-ə qədər azalıb.
"Tibbi sığortanın olması xəstəyə imkan verir ki, həkimə gecikmədən, yəni xəstəlik inkişaf etmədən müraciət etsin. Tibbi sığortanın olması xəstəni müalicə üçün pul axtarmaq zərurətindən azad edir, vaxtında müalicəyə başlamağa imkan yaradır, xəstəliyin və sağalma müddətinin uzanmasının qarşısını alır. Bu da işəgötürənlərin il ərzində minlərlə iş saatına qənaət etməsinə səbəb olur"-deyə ekspertlər bildirir.