ANALİTİKA

01 Yanvar
9

Avtomobilini avtomobildən gözlə

Azərbaycanda avtomobil sahiblərini sığorta sahəsində maraqlı yenilik gözləyir. Ölkədə qəza nəticəsində sığortalı avtomobillərə dəyən zərərin hesablanması prosesi avtomatlaşdırılacaq. Bütün dünyada belə xidmətləri göstərən şirkət Azərbaycandada işləməyə qərarverib.

Avtomobilə dəyən zərərkim düz deyir?

Qəza nəticəsində avtomobilə dəyən zərərin məbləğini və təmirə nə qədər vəsaitin tələb olunduğunu müəyyən etmək çox ciddi, eyni zamanda həssas məsələdir. Ömründə bircə dəfə qəza törətmiş və ya qəzaya düşmüş avtomobil sahiblərinin hamısı bunu yaxşı bilir. Hətta qəza qurbansız ötüşsə də, avtomobilə dəyən zərərin düzgün müəyyənləşdirilməsi və aradan qaldırılması bəzən aylarla davam edir.
Zərərin müəyyən edilməsində ortaya çıxan əsas çətinlik tərəflərin öz maraqlarını müdafiə etməsidir. Adətən zərər çəkən avtomobilin sahibi sığorta şirkətindən daha çox pul almaq üçün zərərin daha böyük olduğunu sübut etməyə çalışır, qəzanı törədən tərəf və ya sığorta şirkəti isə əksinə, zərərin məbləğini mümkün qədər azaltmağa cəhd edirlər. Bu, bütün dünyada belədir.
Sığorta hadisələri ilə bağlı məhkəmə mübahisələrinin əksəriyyətinin mövzusu da budur.
Vəziyyətdən yeganə çıxış yolu zərərin elə bir ekspert və ya sistem vasitəsilə qiymətlənlirilməsidir ki, onun obyektivliyinə tərəflərin heç biri şübhə etməsin.

Ziyanın avtomatik hesablanması

Təbii ki sığorta sistemi əla inkişaf etmiş Qərb ölkələrində bu problemin həlli çoxdan tapılıb – bu zərərin avtomatik hesablanması sistemidir. Sistemdən faydalanmaq üçün qəza barədə məlumatları xüsusi kompüter proramına yükləmək kifayətdir – sistem özündə olan məlumat bazasının köməyi ilə qəza nəticəsində avtomobilə dəyən zərəri avtomatik hesablayır.
Bu nə deməkdir? O deməkdir ki, maşına dəyən zərərin məbləği maşının korlanmış detalları və dəyişdiriləcək ehtiyat hissələrinin qiymətiniə əsasən hesablanır. Həmin qiymətlər istehsalçı zavodlardan alındığına və standart olduğuna görə, qiymətlərin şişirdilib-azaldılmasından söhbət gedə bilməz. Hazırda bu sistemə dünyadakı 60 istehsalçı tərəfindən buraxılan minlərlə müxtəlif model və marka nəqliyyat vasitəsi toplanıb. Bu məlumatlar tez-tez yenilənir. Özü də burada təkcə detalların özünün qiyməti yox, həm də onların dəyişdirilməsi və təmir xərcləri də nəzərə alınır. Və avtomobillərin hessələrinin qiymətindən tutmuş, təmiri xidmətlərinin haqqınadək bütün məlumatlar həmişə dəqiq olur.
Bu sistem vasitəsçilə istənilən şəxs, o cümlədən sığorta mütəxəssisi, təmir stansiyasının əməkdaşı, hətta avtomobil sahibi avtomobilinə dəyən zərəri kompüterdə bir neçə dəqiqəyə hesablaya bilər. Sistemin imkanları avtomobillərin zəmanətli təmirindən tutmuş, kuzov və çilingər işlərinədək ən müxtəlif təmir növlərini əhatə edir.

Bir az tarixyenə almanlar

Avtomobillərə dəyən zərərin avtomatik hesablanması ideyasını ilk dəfə olaraq 60-cı illərdə Almaniyanın Minden şəhərindəki «Royter» mühəndis bürosu təklif edib. İdeyanın məğzi avtomobilə dəyən zərərin avtomobil istehsal edən zavodların məlumatları əsasında hesablanması idi.
Bu ideya sığorta bazarı və avtomobil industriyası üçün əla imkanlar açırdı və təəccüblü deyil ki, qısa müddətdən sonra bu sistemdən bütün dünyada istifadə etməyə başladılar. Hazırda sistem dünyanın əksər ölkələrində tətbiq edilir.
Sistemin əsas istifadəçiləri sığorta şirkətləri, ekspert büroları, texniki xidmət stansiyaları, eləcə də dövlət orqanlarıdır.
Hər il dünyada baş verən 100 milyondan artıq sığorta hadisəsi nəticəsində yaranan 150 milyon ödəmələrin 25%-nin hesablanması məhz bu sistemin payına düşür. Dünyada nəqliyyat vasitələrinin sığortası ilə məşğul olan şirkətlərin 95%-i bu sistemin xidmətlərindən istifadə edirlər. Məsələn, Almaniyanın özündə sığorta şirkətlərinin 98%-i bu sistemdən istifadə edir.

100 mindən artıq avtomobil barədə məlumat

Şirkətin mərkəzi məlumat bazasında dünyanın 77 istehsalçısı tərəfindən buraxılan 1595 model avtomobillərin 100000 dən artıq tipi barədə məlumatlar toplanıb. Bura alman, amerikan, Çin və yapon istehsalçılarının demək olar ki, bütün modelləri daxil edilib. Bura detalların, yəni maşınların detalları və ehtiyat hissələrinin zavod qiyməti, təmir texnologiyası, və yığma detalların nömrələri aiddir. Detalların texniki göstəriciləri və qiymətləri ilə bağlı məlumatlar mütəmadi yenilənir. Hər gün şirkətin 150 mütəxəssisi bu bazanı 10 mindən artıq məlumatla təzələyir. Məlumat bazasında olan avtomobillərin sayına hər ay 5-15 avtomobil əlavə olunur.
Başqa sözlə, istənilən vaxt bu məlumatların yeniliyi və dəqiqliyi təmin edilir. Üstəlik ayrı-ayrı ölkələr üzrə məlumat bazaları bu ölkələrin milli avtomobil parkı nəzərə alınmaqla tərtib edilib və s. Avtomobilə dəyən zərərin məbləği hesablananda dəyişdirilməsi tələb olunan detalların qiyməti ilə yanaşı, həmin detalların dəyişdirilməsi xərci və təmirinə tələb olunan vəsait də nəzərə alınır.

Avtomatik hesablamanın digər üstünlükləri

Yeri gəlmişkən adı çəkilən sistemdən istifadənin rahatlığını və dəqiqliyini təmin etmək üçün sistemin proqram təminatından planşet kompüterlərdə də istifadə etmək mümkündür. Nəticədə dəyən zərəri hətta elə qəza yerindəcə hesablamaq və məlumatı birbaşa sığorta şirkətinə göndərmək olar. Sistemin digər üstünlüyü olur ki, zərər bu üsulla hesablananda onunla bağlı bütün əməliyyatları izləmək hətta üstündən vaxt keçəndən sonra da onunla yenidən tanış olmaq mümkündür. Çünki qəza ilə bağlı bütün sənədlər və sıxarılan nəticələr elektron şəkildə mövcud olur. Bura sistemə daxil edilmiş bütün sənədlər – sənədlərin surətləri, hesabğlamalar, fotomateriallar və s. aiddir - istənilən vaxt onlarla yenidən tanış olub yoxlamaq mümkündür. Bu da prosesi maksimum şəffaf edir.
Eyni zamanda bu sistemin tətbiqi artıq baş vermiş qəzalar və başlanmış məhkəmə mübahisələrin həlli üçün də baza rolunu oynayır.

Yeni sistemin Azərbaycanda da tətbiqi gözlənilir

Yaxın vaxtlarda avtomobillərə dəyən zərərin avtomatik hesablanmasına Azərbaycandada başlanacaq. Bütün dün yada belə xidmətləri göstərən şirkət Azərbaycandada işləməyə qərar verib. Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov bildirib ki,
Onun sözlərinə görə, xüsusi proqramda avtomobil istehsalçılarının avtomobillərinin bütün ehtiyat hissələri, təmirin aparılması işlərinin norma saatları və s.yer alır: «Bu da dəymiş zərəri obyektiv qaydada qiymətləndirməyə şərait yaradır. Bu sahədə dünyada ən böyük bir beynəlxalq şirkəti Azərbaycan bazarında da öz xidmətlərini göstərməyə qərar verib». N.Xəlilov bildirib ki, keçmiş SSRİ ölkələrində, o cümlədən Baltikyanı və MDB ölkələrində fəaliyyət göstərən bu şirkətin işi özünü doğruldur: «Ona görə də düşünürəm ki, bu sistem Azərbaycanda da qurulduqdan sonra bu sahədə də müəyyən irəliləyiş baş verəcək».

Sığortanın inkişafında növbəti addım?

Adı çəkilən sistemin tətbiqi təkcə avtomobillərin təmir xərclərini dəqiqləşdirmir, eləcə də onun tətbiq olunması nəticəsində, məbləğin müəyyənləşdirilməsinə sərf olunan vaxt və resurslar da azalır. Bununla bağlı məhkəmə mübahisələri üçün əsaslar azalır.
Ən əsası zərərin avtomatik hesablanması sisteminin tətbiqi avtomobil sahiblərində onlara dəyə biləcək zərərin obyektiv və düzgün ödəniiləcəyinə inam yarada bilər. Bu isə ümumilikdə sığorta işinə münasibətin dəyişməsidir.