ANALİTİKA

29 Aprel
105

Bankın müflisləşməsinin səbəbi məlum oldu – ARAŞDIRMA APARILIR

Bağlanan "Bank Standard"ın müflisləşməsinə səbəb olan rəhbərləri barədə hüquq-mühafizə orqanlarına şikayət edilib. Fins.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi olan Əmanətləri Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov məlumat verib.
Bildirib ki, bankın müflisləşməsinə və bağlanmasına onun açıq valyuta mövqeyi səbəb olub: "Araşdırmalar nəticəsində bankı idarə edənlər, kredit verənlərin əməllərində cinayət tərkibi üzə çıxarsa, onlar mütləq cəzalanmalıdırlar".
Xatırladaq ki, bankın işlək kreditlərinin həcmi 40 milyon manat təşkil edir. Bunun da 33,3 milyon manatı təminatlı kreditlərdir. Qeyri-işlək kreditləri isə 707 milyon manatdır. Bunun ancaq 271,2 milyon manatı təminatlı kreditlərdir. Bankın təminatsız kreditlərinin ümumi məbləği isə 442,9 milyon manatdır.