Bank

25 October
5

Mazda şirkəti özünün ilk elektromobil modelini təqdim edib

Tokioda keçirilmiş avtomobil sərgisi çərçivəsində Mazda şirkəti özünün ilk elektromobil modelini təqdim etdi. Şirkətin ilk elektromobil modeli isə MX-30 adlı krossover oldu. Mazda öz ilk elektromobilinin təqdimatını gecikdirsə də onda bir sıra maraqlı texnologiyaları reallaşdırıb. Belə ki, MX-30 modeli 35.5 kilovatt saat həcmli batareya və e-Skyactiv adlı effektiv enerji qənaəti texnologiyasından əlavə qeyri adi qapı konstruksiyasını da əldə edib. Bu barədə Engadget saytı xəbər verib.

Mazda MX-30-un qapıları Rolls-Royce avtomobillərindəki qapılar kimi açılır. Dizaynerlərin sözlərinə əsasən bu cür qapı konstruksiyası vasitəsilə alıcılar avtomobildən yeni və kreativ istifadə üsullarını kəşf edə bilərlər. Elektromobilin ön qapıları hərəkət istiqamətində 82 dərəcə üzrə açılırlar. Arxa qapılar isə əks istiqamətdə 80 dərəcə üzrə açılırlar. Krossoverin 1.5 metrlik hündürlüyünü nəzərə almaqla bu cür qapı konstruksiyası daha praktik görünür. Şirkətin verdiyi məlumata əsasən bu cür qapı konstruksiyası öz növbəsində elektromobilə minmək və ondan enmək prosesini daha da asanlaşdırır.

Elektromobilin hərəkət dinamikasından Electric G-Vectoring Control Plus adlı sistem cavabdehdir. Döngələrə daxil olan və arxa-arxaya hərəkət edən zaman bu sistem elektromobilə ağırlıq mərkəzinin önə keçirilməsinə imkan verir. Elektromobilin batareyası soyutma sistemini və sürətli şarj texnologiyasını dəstəkləyir. Bu elektromobilin bir dəfə şarj olunandan sonra nə qədər yol qətt etdiyi, onun qiyməti və nə zaman satışa çıxacağı barəsində Mazda şirkəti bir məlumat verməyib.

©Technote