22 Noyabr

“NBC Bank” nizamnamə kapitalını artırır

26.12.2019-cu il tarixdə “NBC Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Fins.az “NBCBank” ASC Müşahidə Şurasının məlumatına istinadən xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

- “NBC Bank” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması barədə.

- Digər məsələlər.

Yığıncaq “NBCBank” ASC-nin Bakı şəhəri Müzəffər Nərimanov, məhəllə 20/54 ünvanında yerləşən Mərkəzi ofisində keçiriləcək.

Məlumat üçün bildirək ki, “NBCBank” ASC-nin 64 milyon manat nizamnamə kapitalının 65,90%-i Nuru Əliyevə, 6,42%-i Aynur Kamalovaya, 6,42%-i Aysel Usubovaya, 6,16%-i Nüşabə Şəfiyevaya və 6,02%-i "Nurğun Qrup" MMC-yə məxsusdur.