BANK

02 Dekabr
201

Manatın dövretmə sürəti azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,80 bənd təşkil edib.

Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, oktyabrın 1-i ilə müqayisədə 0,1 bənd, yanvarın 1-nə nisbətən 0,65 bənd, ötən ilin noyabrın 1-nə nisbətən isə 0,79 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.