BANK

01 Yanvar
2

Son 3 ayda “Bank of Baku”nun problemli kreditləri 45% artıb

Azərbaycanda manatın kəskin ucuzlaşdırılması “Bank of Baku”ya problemli kreditlərin 3 aya 45%-dən çox artması bahasına başa gəlib. Bu barədə fins.az bankın 2015-ci ilin 1-ci rübünün yekunlarına aid maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, ilin ilk 3 ayının yekununda bankın kredit portfeli 667,8 milyon manat təşkil edib. Bunun isə 10,4%-i və yaxud 69,46 milyon manatı vaxtı keçmiş kreditlər olub.
Halbuki 3 ay bundan əvvəl bankın problemli kreditlərinin kredit portfelində payı 7,3% idi. 2014-cü ilin yekunlarına əsasən, bankın kredit portfeli 658,5 milyon manat təşkil edib. Bunun isə 47,84 milyon manatı vaxtı keçmiş kreditlər olub.
Göründüyü kimi, 1-ci rübdə bankın kredit portfeli cəmi 1,4% artdığı halda, problemli kreditləri 45,2% artıb. Bu cür vəziyyətin yaranması isə Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonra “Bank of Baku”nun kreditləşməni məhdudlaşdırması, eləcə də devalvasiya nəticəsində bankın müştərilərinin kredit ödənişində çətinlik çəkməsi ilə bağlıdır.