BANK

01 Yanvar
3

“Daha kapital problemimiz yoxdur” – “Naxçıvanbank”

“Naxçıvanbank” Azərbaycan Mərkəzi Bankının məcmu kapitalla bağlı tələbini yerinə yetirib. Bunu fins.az-a açıqlamasında adı çəkilən bankın İdarə Heyətinin sədri Azər Məmmədov deyib.
Onun sözlərinə görə, artıq rəhbərlik etdiyi bankın məcmu kapitalı 50 milyon manata çatdırılıb. “Daha kapital problemimiz yoxdur. Bu barədə Mərkəzi Banka prudensial hesabat da verdik, lazım olsa özləri bununla bağlı məlumat yayacaqlar”.
Bununla belə, cənab Məmmədov kapital artımına hansı yolla nail olduqlarını açıqlamayıb.
“Naxçıvanbank” Azərbaycanın 2 regional bankından biridir. 2014-cü ilin yekunlarına görə, qurumun həm nizamnamə, həm də məcmu kapitalı təxminən 42 milyon manat olub.