Bank

01 January
2

“Bank BTB” səhmlərinin satışına başlayıb

Bu gündən Bakı Fond Birjasında (BFB) “Bank BTB” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanıb. Fins.az-ın BFB-yə istinadən yaydığı məlumata görə, hərraca kütləvi təklif üsulu ilə hər birinin 1000 manat olan 5160 səhm çıxarılıb. Səhmlər 2 ay satışda olacaq. Yerləşdirmənin anderrayteri "Unicapital" şirkətidir. Emissiya baş tutsa, “Bank BTB”nin nizamnamə kapitalı 5,16 milyon manat artaraq 50 milyon manata çatacaq.