BANK

01 Yanvar
3

Bakıda yeni ödəmə terminalları quraşdırılıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni ödəmə terminalları quraşdırıb. Fins.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, bu barədə bankın törəmə strukturu olan “AzeriCard” Prosessinq Mərkəzinin biznesin inkişafı departamentinin rəhbəri Cahangir Məmmədov bildirib.
Onun sözlərinə görə, terminallarda kredit xidmətləri, kommunal xidmətlər, mobil rabitə və internet xidmətlərinin ödənişini həyata keçirmək mümkündür: “Hazırda terminallar bir sıra ABB filiallarında yerləşdirilib. Tədricən terminallar bankın bütün filiallarında quraşdırılacaq, perspektivdə isə paytaxtın ictimai yerləri nəzərdə tutulur. Yeni terminalların “MilliÖN” və “eManat” terminallarından fərqi odur ki, ödənişi həm nəğd pulla, həm də bank kartı ilə həyata keçirmək olur. Həmçinin terminal nəğd pulu karta köçürməyə imkan yaradır”.
Hazırda ödəmə terminalları bazarında “Komtec” şirkətinin “MilliÖn”, “Modenis” şirkətinin “eManat” və “Expressbank” ASC-nin “ExpressPay” terminalları təqdim olunur. Bu qurğular kommunal xidmətlər, stasionar və mobil telefonlara görə ödənişlər, internet, kabel televiziyası və bank kreditləri üzrə fəaliyyət göstərir.