Bank

01 Yanvar
2

“KİA” avtomobillərinə endirimlər ləğv edildi

Azərbaycan manatının kəskin ucuzlaşdırılması avtomobil satışı ilə məşğul olan şirkətlərə təsirsiz ötüşməyib. Fins.az-ın məlumatına görə, bəzi şirkətlər satışda yeni qiymətlər tətbiq etsələr də, bəziləri endirimləri ləğv etməklə kifayətlənib.

Məsələn, “KİA” markalı avtomobilllərinin satışına tətbiq edilən endirimlər ləğv edilib. Bu barədə fins.az-a “Kia Motors Azerbaijan”dan bildirilib. Mərkəzin satış departamentindən verilən məlumata görə, mart ayının əvvəlindən etibarən bütün modellərdə 3-15% arasında tətbiq edilən endirimlər ləğv olunub.

Endirim ləğv ediləndən sonra, qiymətlərin dəyişməsi "KİA"nın ayrı-ayrı modellərində fərqlidir. Məsələn, indiyədək endirimlə 12900 manata satılan “Picanto” indi müştərilərə 13 500 manata təklif olunur. “Rio” modeli isə 400 manat bahalaşaraq 11 500 manatdam 11900 manata qalxıb. “Optima”nın qiyməti isə 645 manatlıq endirim ləğv ediləndən sonra 21 500 manata yüksəlib. “Cerato” avtomobili 16 168 manatdan 18 min manata qədər bahalaşıb. Ən böyük bahalaşma isə 2013-cü ilin “Optima” modelində olub. Belə ki, əvvəl 23 000 manata satılan model indi alıcılara 27 000 manata təqdim edilir.