BANK

01 Yanvar
3

"Dəmirbank" işçi axtarır

"DəmirBank" ASC Müştəri Xidmətləri şöbəsinə mütəxəssis (Call Center Specialist) vəzifəsinə işə qəbul elan edib.

Əsas vəzifə öhdəlikləri:

• Bank və onun xidmətləri barədə şöbəyə telefon, email və sayt ilə online olaraq müraciət edənlərə məlumat və məsləhət xidmətlərinin göstərilməsi;
• Şöbəyə telefon, email və sayt ilə online olaraq daxil olan müraciət və məlumatların zəruri instansiyalara yönləndirilməsi;
• ``Telefon-Bankçılıq`` xidməti vasitəsi ilə plastik kart sahiblərinin kommunal, rabitə və sair xidmətlərin ödənişlərinin həyata keçirilməsi;
• Saytdan plastik kart və kartla kredit xətti online sifarişlərin qəbul edilməsi, müvafiq qaydaya əsasən onların izlənilməsi və yönəldilməsi;
• Təcili pul köçürmə sistemləri üzrə daxil olan vəsaitlərlə bağlı müvafiq qaydaya əsasən müştərilərə məlumatın verilməsi;
• Korporativ müştərilərə müvafiq qaydaya uyğun olaraq onların hesabı üzrə məlumatın verilməsi;
• Müraciət edən müştərilərə çarpaz satış qaydalarına uyğun olaraq Bankın digər məhsul və xidmətlərinin təklif edilməsi;
• Daxil olan müştəri şikayət və təkliflərini qəbul edib müvafiq instansiyalara keçirilməsi.

Namizədə dair tələblər:

• Ali təhsilin olması;
• Yüksək ünsiyyət qabiliyyətinin olması;
• Rus və Azərbaycan dillərində yüksək səviyyədə danışıq və yazı bacarığının olması (İngilis dili biliyi üstünlükdür);
• Yüksək yazışma və problemləri həll etmə bacarığının olması;
• Telefon ünsiyyətinin yüksək səviyyədə olması;
• Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
• Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşkarlıq və yüksək təzyiq altında işləmək bacarığının olması;
• Növbəli iş rejimində işləmək imkanına sahib olması;
• MS Office proqramlarında işləmək bacarığının olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 mart 2015-ci il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri Xidmətləri şöbəsinə mütəxəssis və ya Call center specialist) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Qeyd edək ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.