BANK

01 Yanvar
9

“Bankdan asılı olmamağın xeyrini görüb”

Ötən il "AXA MBASK" sığorta şirkətinin bazar payı 0,77% artıb. Fins.az-ın məlumatına görə, 2013-cü ildə sığorta şirkətinin sığorta yığımları üzrə bazar payı 5,14 % olduğu halda, 2014-cü ildə bu rəqəm 5,91 % olub. Sığorta şirkətindən fins.az-a verilən məlumata görə, artıma əsas səbəb daha çox satışda ve sığorta hadisələrinin ödənişlərində göstərilən xidmət, agentlik şəbəkəsinin genişlənməs, icbari sığortalardakı artım və sığorta yığımlarının bank sığortasından asılı olmamasıdır. “AXA MBASK” bazar payının artırılması ilə bağlı bu ilki planlarını da açıqlayıb: “ AXA MBASK hər zaman tək başına yox, bazarla bir yerdə böyümək və inkişaf etmək istəyir. Lakin bununla yanaşı, biz başa düşürük ki, hal-hazırda yerli sığorta bazarı müvəqqəti çətinliklərlə üzləşir. Biz mütləq davamlı və sabit mənfəət artımını təmin etməliyik. Sığorta işi uzun müddətli strategiya tələb edən bir sahədir və biz bu mövzuda çox təcrübəliyik”.