BANK

01 Yanvar
10

“Atabank”-ın aktivləri 55% artıb

2014-cü ilin yekunlarına görə, “Atabank”ın aktivləri 580,3 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,8% çoxdur.
Bankın kredit portfeli 94% artaraq 445 milyon manata, öhdəlikləri isə 58,4% artaraq 517,62 milyon manata çatıb. O cümlədən bankın depozit portfeli 447 milyon manat, əhalinin əmanətləri isə 189 milyon manat olub.
Bankın nizamnamə kapitalı 33,3% artımla 50 milyon manat, məcmu kapitalı isə 30,3% artımla 62,7 milyon manat təşkil edib.
Son 1 ildə bank 7,65 milyon manat təmiz mənfəət əldə edib.