Bank

01 Yanvar
4

Beynəlxalq Bankın bankomatları artıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2014-cü ildə ölkənin 65 yaşayış məntəqəsində yeni bankomatlar quraşdırıb. ABB-in mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin fins.az-a verdiyi məlumata görə, bu ölkə bankları tərəfindən keçən il ərzində quraşdırılan ATM-lərin ümumi sayının 40%-ni təşkil edir. Hazırda ABB-nin bankomatlarının sayı 755 ədəddir. Məlumatda qeyd olunur ki, ötən il ərzində bankın POS-terminal şəbəkəsi 2,2 dəfə artaraq, 11007-yə çatdırılıb.