Bank

01 January
1

Regionlara verdiyi kreditləri 3 dəfə artırıb

“Unibank” tərəfindən verilən biznes kreditlərinin statistikasında bölgələrlə bağlı kəskin artım qeydə alınıb.

Bankdan “Fins.az”-a verilən məlumata görə, bu il bölgə sahibkarlarına 2014-cü il üçün nəzərdə tutulandan həm kreditlərin sayı, həm də məbləği baxımından daha çox biznes kreditləri verilib. Ötən ilin hesabat dövrü ilə müqayisədə 2014-cü ilin 11 ayı ərzində bölgələrə ayrılan biznes kreditlərinin sayı 94% çoxdur, verilən kreditlərin həcmi isə 3 dəfəyədək artıb.

Korporativ xidmət şəbəkəsini genişləndirən “Unibank”ın bölgələrdəki yeni müştəriləri təkcə kənd təsərrüfatı və ticarət kimi ənənəvi sahələrdə məşğul olan sahibkarlar deyil, həm də regional miqyaslı layihələri olan böyük sənayeçi və xidmət sahələrinin nümayəndələridir.

Bankın Korporativ Departamentinin rəhbəri İqor Okayevin sözlərinə görə, bu, bankın Azərbaycanda biznes sahəsinin inkişafına göstərdiyi dəstəyin daha da artmasının göstəricisidir. “Unibank” gələcəkdə də kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini, bölgələrə kreditləşməni bir qədər də artırmağı nəzərdə tutur.