BANK

01 Yanvar
2

Bu bank bazarı tərk edə bilər

“Azərbaycan Kredit Bankı” hələ də məcmu kapitalını Mərkəzi Bankın tələbinə (50 milyon manat) uyğunlaşdıra bilməyib. Bu barədə fins.az-a bankdan məlumat verilib. Verilən məlumata görə, hazırda “Azərbaycan Kredit Bankı”nın nizamnamə kapitalı 11,5 milyon manat, məcmu kapitalı isə 5,8 milyon manatdır: “Yaxın günlərdə səhmdarların toplantısı keçiriləcək, ondan sonra bazarda qalıb-qalmamaq barədə qərar veriləcək”. Xatırladaq ki, bu bankın səhmdarları 3 fiziki şəxsdir.