BANK

01 Yanvar
2

“Kapitalbank”ın kreditləri 26% artıb

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Kapitalbank”ın aktivləri 1 milyard 345,9 milyon manat olub. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə təxminən 27,7% çoxdur. Hazırda bankın kredit portfeli 870,6 milyon manatdır ki, bu da ilin əvvəli ilə müqayisədə 26,4% çoxdur. Kredit portfelinin tərkibinə və problemli kreditlərin həcminə gəlincə, digər banklardan fərqli olaraq “Kapitalbank”ın rüblük hesabatlarında krelit portfelinin tərkibi və problemli kreditlərin həcmi açıqlanmır.

Məcmu kapitalını 46% artırıb

Son 9 ayda bankın öhdəlikləri 24,1% artaraq 1 milyard 87 milyon manat, o cümlədən müştərilərin depozitləri 26,3%-dən çox artaraq 535,5 milyon manat olub. Bankın məcmu kapitalı isə 45,5% artaraq 258,7 milyon manata çatıb.

40 milyon manat mənfəət əldə edib

“Kapitalbank”ın faiz gəlirləri 41,6% artımla 88,9 milyon manat, faiz xərcləri 10% azalma ilə 22,9 milyon manat, qeyri-faiz gəlirləri 16,3% azalma ilə 50,1 milyon manat, qeyri-faiz xərcləri 15,1% azalma ilə 63,8 milyon manat təşkil edib. Digər gəlir və xərcləri də nəzərə aldıqda, bank 52,4 milyon mənfəət əldə edib. Bunun 12,9 milyon manatı mənfəət vergisi kimi ödənilib. Banka qalan isə 39,5 milyon manat xalis mənfəət olub.