Bank

01 January
3

“Accessbank”ın problemli kreditləri 2,5 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Accessbank”ın problemli kreditlərinin məbləği 2,5 dəfə artıb. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, 2014-cü ilin ilk 9 ayında “Accessbank”ın kredit portfeli 775 milyon 508 min manat təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 37,5% və yaxud 211 milyon 519 min manat çoxdur.

Bu il verilmiş kreditlərin 0,83%-i və yaxud 6 milyon 427 min manatını vaxtı keçmiş kreditlər təşkil edib. Ötən il isə problemli kreditlərin həcmi 2 milyon 583 min manat (ümumi kredit portfelinin 0,5%-i) qədər olub. Başqa sözlə, son 1 ildə bankın problemli kreditləri 2,5 dəfə yüksəlib.