BANK

02 May
5

Kredit alanların və zaminlərin sayı 3 milyonu keçib

Azərbaycanda bankdan kredit götürənlərin və onlara zamin dayananların sayı 3 milyonu keçib. Fins.az-ın məlumatına görə, Azərbayan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşmiş Kredit Reyestrində (MKR) 2 milyon 75 min nəfər bank müştərisi və 964 min nəfər zamin barədə məlumat toplanıb. Bankdan kredit alan fiziki şəxslərin sayı ilin əvvəlindən indiyədək 150 min nəfər, son bir ildə 387 min nəfər artıb. Zaminlərin sayı isə ilin əvvəlindən indiyədək 127 min nəfər, son bir ildə isə 342 min nəfər artıb.

MKR-in məlumatına görə, hazırda reyestrdə ümumilikdə 2 milyon 103 min nəfər bank müştərisi barədə məlumat var. Bunlardan 10,5 mini hüquqi şəxslər, 17,6 mini isə sahibkarlardır.