BANK

27 Aprel
3

Mərkəzi Bank əhalini sakitləşdirir - BANKLARDA PROBLEM YOXDUR

Son vaxtlar mətbuatda Azərbaycanın bank sektorunun vəziyyəti ilə bağlı neqativ informasiyaların artması Azərbaycan Mərkəzi Bankını bu məsələyə aydınlıq gətirməyə vadar edib. Xatırladaq ki, artıq bir neçə həftədir ki, banklarda əmanətlərin həcminin azalması və zərərlə işləyən bankların sayının artaraq 11-ə çatması diqqət mərkəzindədir.

Mərkəzi Bankın bununla bağlı məlumatında bildirilir ki, son vaxtlar bank Son dövrlər kütləvi informasiya vasitələrində bank sistemində depozitlərin həcminin azalması və zərərlə işləyən bankların sayının artması ilə əlaqədar müxtəlif şərhlər verilməkdədir: "Bununla əlaqədar bildiririk ki, depozitlərin dinamikası iqtisadi tsikldən, mövsümi amillər və digər səbəblərdən asılı olaraq əmanətçilərin fərdi davranışındakı dəyişiklikdən təsirlənir".
AMB bildirir ki, cari ilin aprel ayı ərzində depozitlərin həcmində müşahidə olunmuş azalma sistem xarakteri daşımayıb və may ayında bankların depozitlərinin həcmi bərpa olunub, aprel ayındakı azalmanı üstələyib: "Bütövlükdə isə, son on ildə depozitlərin həcmi orta illik 40%, 2013-cü ildə 25%, cari ilin beş ayında 5% artıb".

AMB zərərlə işləyən bankların sayının artmasınıda təhlükəli saymır: "Zərərlə işləyən bankların sayının artımı isə, bankların aktivlər üzrə daha konservativ ehtiyatlanma siyasəti tətbiq etməsi ilə bağlı olub. Bu bankların maliyyə dayanıqlığına, onların fəaliyyətinə hər hansı risk və ya təhlükə yaratmır. Qeyd edilən göstəricilər bankların ilk beş aydakı fəaliyyətinin nəticəsidir".
"Bir daha bildiririk ki, bank sisteminin maliyyə dayanıqlığı göstəriciləri stabildir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır"-deyə AMB-nin açıqlamasında bildirilir.