Bank

01 January
2

Problemli kreditlər son 6 ayda ən yüksək həddə çatıb

Azərbaycan banklarında problemli kreditlərin həcmi 22 milyon manat artaraq 853,7 milyon manata çatıb. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, ümumilikdə ilin əvvəlindən indiyədək problemli kreditlər təqribən 61 milyon manat, son biri ildə isə 93 mln. manat və ya 12,2% artıb.

AMB-nin məlumatına görə, problemli borcların ümumi kredit portfelində payı da artıb. Aprelin 1-ə olan məlumata görə, problemli borcların xüsusi çəkisi 5,4% təşkil edib. Bu da son 6 ayda ən yüksək göstəricidir. Qeyd edək ki, aprelin 1-ə Azərbaycan banklarının kredit portfelinin ümumi həcmi 15 mlrd. 941,2 mln. manat təşkil edir.