BANK

09 May
8

“PAŞA Bank”ın yeni sədri Taleh Kazımov ola bilər

Azərbaycanın aparıcı banklarından biri olan “PAŞA Bank”ın İdarə Heyətinin sədri vəzifəsinə hazırda bankın İdarə Heyətinin üzvü olan Taleh Kazımov gətirilə bilər. Bu barədə fins.az “Marja”ya istinadən xəbər verir. Məlumata görə, hazırda İdarə Heyətinin sədri vəzifəsini icra edən Fərid Axundovun səlahiyyət müddəti iyun ayının sonunda başa çatacaq. İyul ayının əvvəlindən isə “PAŞA Bank”ın “sükan”ı arxasına T. Kazımov keçəcək. Xatırladaq ki, həm F.Axundov, həm də T.Kazımov “PAŞA Bank”da 2007-ci ilin iyul ayından çalışırlar.