Bank

09 May
3

Azərbaycan banklarının məcmu kapitalı 24%-dən çox artıb

Bu ilin yanvar-mart aylarının yekunlarına görə, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalı 4 milyard 440,1 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, yanvar-fevral aylarının yekunları ilə müqayisədə 158,3 milyon manat və yaxud 3,7% çoxdur. İlin əvvəlinə nisbətən, bann sektorunun məcmu kapitalı 3,99%, son 1 ildə isə 24,33% artıb.