BANK

26 May
4

Bu bank kreditləşməni dayandırdı

“AFB Bank” müştərilərinə kredit verilməsini yenidən dayandırıb. Bu barədə fins.az-a bankdan bildirilib. Bununla belə, maliyyə qurumundan kreditləşməyə fasilə verilməsinin səbəbləri və prosesin nə vaxt bərpa ediləcəyi barədə açıqlama verilməyib. Xatırladaq ki, “AFB Bank” bu il, fevralın 21-də Azərbaycan manatının kəskin ucuzlaşdırılmasından sonra da kreditləşməni dayandırmışdı.