BANK

05 İyun
5

Azərbaycanda biometrik bankomatlar quraşdırılacaq

Azərbaycan bankları yaxın gələcəkdə biometrik bankomatların istismarına başlaya biləcək. Fins.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın informasiya texnologiyaları bazarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, belə nikbin proqnoza Azərbaycanın bank texnologiyaları bazarının və bank sahəsinin tendensiya inkişaf dinamikası səbəb olub: “Hər şey bankların bu texnoloji yeniliyin tətbiqinə nə dərəcədə hazır olmasından asılıdır. Belə ki, istənilən yenilik maliyyə tələb edir”.

Qeyd edək ki, biometrik bankomatlar maliyyə cinayətləri ilə mübarizə və bank hesablarına qeyri-qanuni daxil olmaq cəhdlərinin qarşısını almağa imkan yaradır.