BANK

11 İyun
4

Əmanətlərdə dollarlaşma 70%-i keçdi

Bu ilin yanvar-aprel aylarının yekunlarına görə, Azərbaycan əhalisinin banklarda olan 7 milyard 717,2 milyon manatlıq əmanətinin 5 milyard 472,2 milyon manatlıq və ya 70,9%-lik hissəsi xarici valyutada yerləşdirilib. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu nisbət yanvar ayının yekununda 40%, yanvar-fevralda, devalvasiyadan sonra 62,3%, yanvar-martda isə 65,3% olub.