BANK

30 İyun
2

“Borcları acığa düşüb ödəmirlər”

Azərbaycanda banklardan götürdüyü kreditə görə vaxtında ödəniş etməyənlərin bir qismi bunu onlara qarşı olan münasibətlə əlaqələndirir. Bu barədə fins.az-a açıqlamasında vaxtı keçmiş borcların yığılması ilə məşğul olan “BOA” kollektor agentliyinin direktoru Samir Mustafayev bildirib. Onun sözlərinə görə, borclular deyir ki, bəzən bankların problemli kreditlərlə iş üzrə əməkdaşları onlarla yüksək tonla danışır, yerli-yersiz narahat edir, buna görə də, borcları acığa düşüb ödəmirlər: “Biz isə bacardıqca borclu vətəndaşlar arasında maarifləndirmə işləri aparırıq, buna görə də vaxtı keçmiş kreditlərin ödənilməsinə nail ola bilirik”.