BANK

24 İyul
4

“Bank Technique”nin kredit reytinqi aşağı salındı

"Moody's" – beynəlxalq kredit reytinqi agentliyi "Bank Technique" ASC-nin kredit reytinqini aşağı salıb. Fins.az-ın məlumatına görə, bankın uzunmüddətli xarici valyutada olan depozitlər üzrə reytinqi "Caa1"dən "Caa2"yə, baza kredit reytinqi isə "caa2"dən "caa3"ə endirilib.Agentliyin uzunmüddətli depozit reytinqi üzrə proqnozu isə "neqativ" olub. "Moody's" qərarını bu ilin fevral ayında Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonra "Bank Technique"in kapitalının 25 milyon manat azalması ilə izah edib.