BANK

25 İyul
3

“Muğanbank” nizamnamə kapitalını 50 milyon manata çatdırdı

Muğanbank” səhm emissiyası hesabına nizamnamə kapitalını 4,7 milyon manat artıraraq 50 milyon manata çatdırıb. Bu barədə fins.az banka istinadən xəbər verir. Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qeydə alıdğı səhm emissiyasına əsasən, bank hərraca hər birinin nominal dəyəri 200 manat olan 23 471 səhm çıxarıb. Səhmlər kütləvi təklif üsulu ilə yerləşdirilib və onları bankın mövcud səhmdarları alıb.

Yerləşdirmənin anderrayetri "Texnika Kapital Menecment" MMC olub.