BANK

12 Avqust
5

“Eurobank” müflis oldu

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi lisenziyası ləğv olunan “Evrobank”ın müflis elan olunması ilə bağlı qərar qəbul edib. Məhkəmədən APA-ya verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı “Evrobank”ın müflis elan edilməsi ilə bağlı avqustun 3-də müraciət edib. Hakim Elçin Məmmədovun sədrliyi ilə avqustun 10-da keçirilmiş iclasda müvafiq qərar verilib.