BANK

12 Avqust
5

Azərbaycan bankına daha bir zərbə

1 ay bundan əvvəl Azərbaycan Mərkəzi Bankının qərarı ilə lisenziyası ləğv edilmiş “Eurobank”ın səhm emissiyası baş tutmamış hesab edilib. Bu barədə fins.az-a QKDK-dan məlumat verilib. Xatırladaq ki, QKDK-nın bu il, yanvarın 15-də qeydə aldığı səhm emissiyasna əsasən, hərraca hər birinin nominal dəyəri 500 manat olan 78 min səhm çıxarılmışdı. Emissiya baş tutsaydı, “Euribank”ın kapitalı 11 milyon manatdan 50 milyon manata qədər artacaqdı. Amma “Eurobank”ın bağlanması kapital artımı planının üzərindən xətt çəkib. “Qiymətli kağızlar bazarı haqqında” qanuna və “İnvestisiya qiymətli kağızların emissiyası Qaydaları”na əsasən, səhmlərin buraxılışı baş tutmayıb. Bununla bağlı qərarı QKDK avqustun 10-da qəbul edib.