BANK

21 Avqust
3

“Bank of Baku” «təmiz» müştəri axtarır

“Bank of Baku” yeni kredit kampaniyasına başlayıb. Bankdan fins.az-a verilən məlumata görə, “Bizi sevənlər qazanır!” adlanan kampaniyada müştərilər 10 min manatadək krediti 2% endirimlə ala biləcəklər. Amma bu yalnız o müştərilərə aiddir ki, “Bank of Baku”da müsbət kredit tarixçəsinə malik olsunlar və başqa bankda aktiv kreditləri olmasın. Qeyd edək ki Azərbaycan Mərkəzi Bankının bir qədər əvvəl təsiqlədiyi «Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik» sənədinə əsasən banklar kreit üçün müraciət edən müştəriləri yeni qaydalarla qiymətləndirəcəklər