BANK

07 Sentyabr
6

“Muğanbank” işçi axtarır - VAKANSİYA

“Muğanbank” əməliyyatçı-mühasib vəzifəsinə işçi axtarır. Fins.az-ın banka istinadən məlumatına görə, 22-30 yaşları arasında ali iqtisadi təhsilli, minimum 6 ay iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Əmək haqqı 300-500 manat təşkil edir.

Tələblər:

• Ali iqtisadi təhsil;

• İşə məsuliyyətli yanaşma;

• Yüksək qavrama və öyrənmə qabiliyyəti;

• Zəruri kompyuter bilikləri olmalıdır

Öhdəliklər

• Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların açılması;

• Müştərilərin hesabları üzrə əməliyyatlar aparılması və onların bağlanılması işini təşkil edilməsi;

• Müştərilərə yüksək səviyyədə bank məhsul və xidmətlərinin satışının təşkil edilməsi;

• Müştərilərdən əmanətlərin qəbulu prosedurları üzrə müvafiq biliyə malik olması və s.

• Maaş – 300-500 AZN

Şəhər – Bakı

Yaş – 22-30

İş təcrübəsi – minimum 6 ay.

Müraciət etmək istəyənlər b.aliyeva@muganbank.az ünvanına fotolu CV-lərini göndərə bilərlər.