BANK

07 Sentyabr
2

Banklardakı əmanətlər yenidən azalır

Azərbaycanın banklarındakı əmanətlərin həcmi yenidən azalıb. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

AMB-nin məlumatına görə, avqustun 1-ə banklardakı əmanətlərin əmumi məbləği 7 milyard 605,1 milyon manat təşkil edir. Bu bir ay əvvəllə müqayisədə 53,5 milyon manat azdır. Bununla yanaşı, hazırda əmanətlərin həcmi ilin əvvəli ilə müqayisədə 417 milyon manat, bir il əvvəllə müqayisədə isə 665 milyon manat artıqdır.

Əmanətlərin 2 milyard 138,7 milyon manatı və ya 28,1%-i manatda, 5 milyard 466,4 milyon manatı və ya 71,9%-i isə dolarla saxlanılır. Əvvəlki ayla müqayisədə həm manat, həm də dollar əmanətlərinin məbləği azalıb. Amma manat əmanətlərində azalma daha artıq olub. Belə ki, manat əmanətləri 41,2 milyon manat, dollar əmanətləri isə 7,2 milyon manat azalıb.