BANK

09 Sentyabr
8

“Müştəriləri tapa bilmirik ki, pullarını qaytaraq” – BANK RƏSMİSİ

Azərbaycan Mərkəzi Bankının qərarı ilə lisenziyası ləğv edilmiş “Azərbaycan Kredit Bankı” əmanətçiləri qarşısında öhdəliklərini tam yerinə yetirib. Bu barədə fins.az-a bankın baş mühasibi Hikmət Nəzirov məlumat verib. Onun sözlərinə görə, bağlanana qədər bankın əmanət portfeli təxminən 4 milyon manat olub ki, bu da məbləğ də 2 gün ərzində əmanətçilərə geri qaytarılıb.

70 nəfər pulunu götürmək istəmir

Hazırda “Azərbaycan Kredit Bankı” cari hesablarda qalan vəsaitlərin sahiblərinə qaytarmağa çalışır. Hikmət Nəzirov deyir ki, təxminən 70 nəfərin adambaşına 100 manatdan çox olmamaq şərti ilə bankdan alacağı var: “Həmin adamları da biz axtarırıq, amma tapa bilmirik. Gəlib pullarını götürmək istəmirlər”.

Ləğvetmə 3 il çəkəcək

Hazırda bankın ləğv edilməsi prosesi davam edir. Hikmət Nəzirovun sözlərinə görə, bankda işləyən təxminən 60 nəfərin ¾-ü ixtisar edilib və onlara kompensasiya ödənilib. Qalan 16-17 nəfər isə indiyə qədər verilmiş kreditlərə görə ödənişlərin qəbul edilməsi, eləcə də bankın digər öhdəliklərinin yerinə yetirilməsi ilə məşğuldur: “Verdiyimiz kreditlər üzrə bəzi müqavilələrin müddəti 2017-2018-ci ilə qədərdir. O vaxta qədər də ləğvetmə prosesi davam edəcək”.