BANK

12 Sentyabr
3

Kreditlərin "qara siyahı"sı “Elektron hökumət portalı”nda

Yaxın vaxtlarda “Elektron hökumət portalı”nın arxivi yaradılacaq. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinin direktoru Nail Mərdanov məlumat verib. Onun sözlərinə görə, bu arxivin sayəsində portaldan istifadə edən ölkə vətəndaşları indiyə qədər apardıqları əməliyyatlar barədə məlumatlar əldə edəcəklər: “Ola bilsin ki, kimsə hansısa kommunal xidmətin haqqını ödəyib, amma səhvən həmin dövlət qurumu ilə anlaşılmazlıq, mübahisə yaranıb. Bu arxivin sayəsində bütün mübahisələrə son qoyulacaq”. Nail Mərdanov həmçinin bildirib ki, tezliklə Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin portala inteqrasiya edilməsi nəzərdə tutulub: “Artıq Mərkəzi Bankla razılıq əldə olunub, yaxın vaxtlarda vətəndaşlarınız kredit tarixçələri ilə bağlı arayışları elektron qaydada əldə edəcəklər”.