02 Dekabr

Nazir müavinindən 5G standartlarının təstiqlənməsi ilə bağlı AÇIQLAMA

5G rabitə şəbəkəsinin tətbiq edilməsi üçün zəruri olan standartlar təstiqlənib. Fins.az-ın məlumatına görə bunu Bakutel-2019 sərgi-konfransının açılışına həsr olunan konfransda çıxış edərkən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bu standartların qəbulu ilə qərar bu yaxınlarda Misirin Şarm-əl-Şeyx şəhərində keçirilən Ümumdünya Radiorabitə Konfransı çərçivəsində verilib

"Bu baxımdan Azərbaycanda da 5G texnologiyasının tətbiq edilməsi çox mühüm bir addımdır və Azərbaycan da bu istiqamətdə dünyada pilot layihə heyətə keçirən ölkələrin sırasına qoşulub. İndiyədək rəsmi standart təstiq edilmədiyi üçün bir çox ölkələrdə pilot layihələr həyata keçirirdi. Yaxın 2 ilə gözlənilir ki, dünya ölkələri artıq 5G-nin tətbiqini artıq real şəkildə keçirəcək və güman edirik ki, Azərbaycanda bu ölkələr sırasında olacaq",- deyə nazir müavini qeyd edib