02 Dekabr

ABŞ hökuməti Huawei-yə qarşı olan sanksiyaları genişləndirməyi planlaşdırır

Huawei şirkətinin ABŞ bazarında fəaliyyətinin davam etdirilməsi üçün nəzərdə tutulmuş lisenziya müddətinin uzadılması və yerli şirkətlərinə Huawei ilə əməkdaşlığın aparılması üçün olan lisenziyaların verilməsinə baxmayaraq görünür, ABŞ hökuməti Huawei şirkətinə qarşı tədbirləri sərtləşdirməyi planlaşdırır. Bu barədə Reuters saytı xəbətr verib.

Verilmiş yeni məlumata əsasən ABŞ hökuməti Huawei şirkətinin yerli bazarda fəaliyyətinin məhdudlaşdırılması üçün əlavə sərt qərarlar verməyi planlaşdırır. Belə ki, Trump administrasiyası Huawei şirkətinin ABŞ regionundakı fəaliyyətinin məhdudlaşdırılmasının bu ilin may ayında təyin edilməsindən və bunun hələ ki, Huawei şirkətinin ABŞ bazarına təchizat göndərməyinə təsir göstərmədiyindən narazıdır. Məsələn bir çox ABŞ şirkətləri hələ də Huawei ilə əməkdaşlığı davam etdirirlər. Onların sırasında Intel, Xilinx və Micron kimi şirkətlər var.

Xilinx şirkətinin rəhbəri hələ yayda qeyd etmişdi ki, onların hüquqşünasları dövlətin tələblərini incələyərək nəticəyə gəliblər ki, 28 nanometrlik və digər növ çiplər 5G şəbəkəsinin ötürülməsi üçün nəzərdə tutulmayıb. Bu isə öz növbəsində həmin çiplərin Huawei şirkətinə satılmasını qanuni edir. İndi isə ABŞ hökuməti sanksiyaları biraz da genişləndirərək Huawei şirkəti ilə öz məhsullarında ABŞ texnologiyaları və ya komponentlərindən istifadə edən təchizat istehsalçıları arasındakı əməkdaşlığa qadağa qoymaq istəyir.