09 Noyabr

Milyarderlərin aktivləri ilk dəfə geriləyib

Dünyadakı milyarderlərin aktivləri, beş illik artımın ardından keçən il 388 milyard dollar düşərək 8,5 trilyon dollara geriləyib

İsveçrənin UBS bankı və PricewaterhouseCoopers (PwC) tərəfindən hazırlanan "Milyarderlər Hesabatı 2019" nəşr olunub.

Fins.az xəbər verir ki, dünyadakı milyarderlərin aktivlərinin, 2013 ilə 2018-ci illər arasında 34,5% artaraq 8,5 trilyon dollar təşkil etdiyi məlumatına yer verilən hesabatda, "2013-cü illə müqayisədə milyarderlərin sayı da 38,9% artaraq 2 min 101-ə çatıb" deyilir.

2013 ilə 2018 arasında artımın ardından dünyadakı milyarderlərin aktivlərinin keçən il ilk dəfə gerilədiyi qeyd edilən hesabatda, "Güclü dollar və dalğalı sərmayə bazarları səbəbilə, milyarderlərin aktivləri 2018-də 388 milyard dollar düşərək 8,5 trilyon dollara geriləyib".