29 Noyabr

Azərbaycanın yeni Ombudsmanı seçildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) məlum olub.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva yeni Ombudsman seçilib.

Onun namizədliyinin lehinə 104 deputat səs verib.

S.Əliyeva Ombudsman kimi deputatlar qarşısında and içib.

Səbinə Əliyeva, “Sizi əmin etmək istəyirəm ki, insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün bütün səylərimi əsirgəməyəcəm”, - deyib.

1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı 3-cü dərəcəli Dövlət müşavidirir. İxtisasca hüquqşunas olan Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Məlumata görə, Səbinə Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır. Xanım hüquqşunas Azərbaycanın Çin Xalq Respublikasınıdakı sabiq səfiri və millət vəkili Yaşar Əliyevin qızıdır.