12 Noyabr

Yasamalın yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Yasamal rayonuna yeni icra başçısı təyin edib.

Fins.az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni təyinat alan Həsənov Elşad Eldar oğlu bu vəzifəyə qədər Milli Məclisin V çağırış deputatı kimi çalışıb.

1976-cı il təvəllüdlü icra başçısı Gənclər-idman, Elm və təhsil komitəsinin olub.

Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. Aspirantura pilləsindən sonra isə namizədlik dissertasiyasını müdafiə edərək, hüquq elmləri namizədi adı alıb.

Ailəlidir, 2 övladı var. İngilis, rus dillərini bilir. Partiya mənsubiyyəti yoxdur.