TƏHSİL

14 Noyabr
65

Ceyhun Bayramov Türkiyə, Rusiya və Malayziyanın Təhsil nazirləri ilə görüşüb

YUNESKO-nun 40-cı Baş konfransında iştirak etmək məqsədilə Fransa Respublikasında rəsmi səfərdə olan Təhsil naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Səlçuk, Rusiya Federasiyası Elm və Ali Təhsil naziri Mixail Kotyukov və Malayziyanın Təhsil naziri Mazli Malik ilə görüşüb.

Görüşlər zamanı təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən Azərbaycanla sözügedən ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.